ARDNF: Son ayda hərraca 512 milyon dollar çıxarmışıq

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2021-ci ilin avqust ayı ərzində 512.3 milyon ABŞ dolları məbləğində vəsait satılıb.

İndex.az bu barədə ARDNF-nun açıqlamasına istinadən xəbər verir.

Qeyd edək ki, avqusta ən böyük həcmli dollar satışı sonuncu hərracda qeydə alınmışdı. Həmin hərracda 76.3 milyon dollar satılmışdı.

İlin ilk 8 ayında isə 3 742.82 milyon ABŞ dolları satılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan