AMB-nin valyuta ehtiyatları ilk dəfə 7 milyard dolları ötüb

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları avqustda 8,4% artaraq 2021-ci ilin sentyabrın 1-nə 7 042.6 milyon ABŞ dollar təşkil edib.

İndex.az bu barədə AMB-yə istinadən bildirir.

Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəli ilə müqayisədə isə 10.6% artmışdır.

“Artım avqust ayında kvotaya uyğun BVF-nin SDR bölgüsü çərçivəsində Azərbaycanın SDR limitinin artırılması ilə bağlıdır”- deyə, AMB-dən bildirilir.

Sonuncu dəfə AMB-nin valyuta ehtiyyatları 2015-ci ilin sentyabr ayının sonuna 7 014.7 milyon dollar idi.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan