Amazon 55 min nəfəri işə götürəcək

ABŞ-ın e-ticarət şirkəti Amazon, qlobal miqyasda 55 min nəfəri işə götürməyi planlaşdırır.

İndex.az xəbər verir ki, Amazonun yeni Baş direktoru Andy Jassy, pərakəndə, reklam və digər iş sahələrində tələbi qarşılamaq üçün daha çox işçi qüvvəsinə ehtiyac olduğunu bildirib.

Jassy, 55 min nəfəri işə qəbulun 40 mindən çoxunun ABŞ-da, qalan qisiminin isə Hindistan, Almaniya və Yaponiya kimi ölkələrdə olacağını qeyd edib.

Şirkətdən verilən məlumata görə isə, yeni işə qəbullar ilə Amazonun işçilərinin sayında 20% artım olacaq.

Şirkət, gələn ildən etibarən işçilərinin həftənin yalnız 3 günü ofisdə işləyəcəyini açıqlamışdı.




Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan