“Telegram”da yeni funksiyalar işə salınıb

“Telegram” messencerində yeni funksiyalar istifadəyə verilib.

İndex.az xəbər verir ki, artıq tətbiqin yeni versiyasında qrup və kanallar daxilində qeyri-məhdud auditoriyaya malik videoyayımlar etmək mümkündür. Bu zaman tamaşaçılar da əllərini qaldırıb, yayımda iştirak edə biləcəklər.

Həmçinin, bundan sonra mesajların təkrar göndərilməsi zamanı ilk mənbənin adını və fotolar üzərindəki imzaları silmək mümkün olacaq.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan