Dövlət Neft Fondunun öhdəlikləri 41% azalıb

Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi öhdəlikləri 642,334 milyon manat təşkil edib.

İndex.az xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 41% azdır.

Ötən ilin sonuna Neft Fondunun uzunmüddətli öhdəlikləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42,1% azalaraq 619,679 milyon manata, o cümlədən törəmə müəssisələrin borcları 44,5% azalaraq 515,327 milyon manata, zəmanət depozitləri 4 dəfə azalaraq 12,248 milyon manata, zəmanət depozitləri 24,2% azalaraq 12,050 milyon manata, icarə öhdəlikləri 2,9% azalaraq 80,054 milyon manata, qısamüddətli öhdəlikləri isə 27,5% artaraq 22,655 milyon manata çatıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan