ARDNF-nun investisiya mülkiyyəti 29% azalıb

Bu il yanvarın 1-nə Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) cəmi aktivləri 74 milyard 403,293 milyon manata çatıb.

İndex.az xəbər verir ki, bu, 2019-cu ilin eyni dövrü ilə müqayisədə 0,1% çoxdur.

Ötən ilin sonuna Neft Fondunun investisiya mülkiyyəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 29,1 % azalaraq 1 milyard 784,534 milyon manata, birgə müəssisələrə investisiyaları 0,6% artaraq 1 milyard 053,977 milyon manata, pul vəsaitləri və onların ekvivalentləri 56,7% artaraq 4 milyard 059,687 milyon manata, mənfəət və ya zərər hesablarında ədalətli dəyərlə ölçülən maliyyə aktivləri 4,6% azalaraq 56 milyard 870,415 milyon manata, qızıl külçələri isə 25,2% artaraq 10 milyard 490,279 milyon manata çatıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan