Azərbaycandan Rusiyaya səyahət edənlər üçün yeni qaydalar qüvvəyə minib

Bu gündən Azərbaycandan Rusiyaya yerinə yetirilən bütün reyslərdə yeni giriş qaydaları qüvvəyə minib.

İndex.az xəbər verir ki, həmin reyslərlə səyahət edən bütün sərnişinlər smartfonlarına “Puteşestvuyu bez COVID-19” mobil tətbiqini yükləməlidirlər. Tətbiqə pasportun skan olunmuş surətini, habelə COVID-19 üçün PCR testinin nəticəsini yükləmək lazımdır. Tətbiq ödənişsizdir.

Məlumata görə, “Puteşestvuyu bez COVID-19” tətbiqini aşağıdakı keçidlər vasitəsilə yükləyə bilərsiniz:

- “iPhone” üçün: https://apps.apple.com/app/id1541206996

- “Android” smartfonları üçün:

https://play.google.com/store/apps/details?id=com.nocovid19.su&hl=az&gl=US

- “Huawei” smartfonları üçün: https://appgallery.huawei.com/#/app/C104343239
Tətbiqin istifadəsi aşağıda qeyd edilən sərnişinlər üçün məcburi deyildir:

- Rusiya Federasiyasının vətəndaşları üçün;

- Azərbaycan ərazisindən tranzitlə keçən sərnişinlər üçün (Rusiya Federasiyasına yerinə yetirilən bütün marşrut üzrə aviabiletlər və (və ya) minik talonları mövcud olduqda) və ilkin yola düşmə ölkəsində testdən keçmiş olduqda.

- smartfonları olmayan uşaqlar və ya yaşlı əhali qrupu kateqoriyasından olan sərnişinlər QR-kodun təsdiqini onlarla birgə səyahət edən digər sərnişinin smartfonundakı tətbiqdə təqdim edə bilərlər.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan