“Bir Pəncərə”dən edilən qeyri-neft ixracı 30 milyon dollar təşkil edib

Bu ilin avqust ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 30 milyon ABŞ dolları olub.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi islahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın avqust buraxılışında qeyd edilir.

2017-ci ildən 2021-ci ilin avqust ayına qədər “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri 625 milyon ABŞ dolları təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan