Əcnəbilərin bank kartları ilə apardığı əməliyyatların həcmi kəskin artıb

Bu ilin yanvar-iyul ayında xarici vətəndaşların bank kartları vasitəsi ilə Azərbaycanda apardıqları əməliyyatların həcmi 288,2 mln. manat təşkil edib.

İndex.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,1% azalıb.

Cari ilin iyul ayında isə əcnəbilər bank kartları vasitəsi ilə 95,1 mln. manatlıq əməliyyat aparıblar ki, bu da iyun ayı ilə müqayisədə 97% çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan