SOCAR-ın idarəsinin qeyri-neft ixracından gəliri 95% artıb

Bu il yanvar-iyul aylarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 158 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsul ixrac edib.

İndex.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın avqust sayında bildirilir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 94,8% çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan