Rayonlar üzrə adambaşına düşən bank əmanətlərinin - RENKİNQİ

Azərbaycanın rayon və şəhərlərində adambaşına düşən bank əmanətinin məbləği məlum olub.

İndex.az xəbər verir ki, 01 avqust 2021-ci il tarixinə ölkə banklarına 8 milyard 606 milyon manat əmanət yatırılıb. Ölkə üzrə adambaşına düşən əmanətin orta məbləği 849 manat təşkil edir.

Amma ayrı-ayrı şəhər və rayonlarda bu məbləğlər müxtəlifdir. Ayrı-ayrı rayon və şəhərlərdə adambaşına düşən əmanətin məbləği bəzi hallarda 100-200 dəfə fərqlənir.

Adambaşına düşən əmanətin həcminə görə ən böyük göstərici Bakıda qeydə alınıb – 3 334 manat, ən aşağı göstəricilər isə Lerik və Yardımlı rayonlarndadır – adambaşına 20 maatdan da az.

Ümumiyyətlə ölkənin 53 rayon və şəhərində adambaşına düşən bank əmanətinin həcmi 100 manatdan aşağıdır. 35 rayon və şəhərdə isə bu göstərici 50 manatdan da aşağı həddədir.

İndex.az ölkənin şəhər və rayonlarında adambaşına düşən bank əmanətlərini təqdim edir:







©Fed.az

Bizi Facebook-da izləyin: INdexAzerbaijan