Ölkədə gələn ildən heyvanların çiplənməsinə başlanacaq

Azərbaycanda heyvanların identifikasiya və qeydiyyatı sisteminin hazırlanması yekunlaşmaq üzrədir.

İndex.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev deyib.

Onun sözlərinə görə, hər bir heyvanın çiplənməsi, birkalanması prosesinə gələn ilin əvvəlindən start veriləcək.

"Artıq hər bir heyvana vurulan vaksinlər elektron sistemə daxil ediləcək və istehlakçılar Qərbi Avropada olduğu kimi, hər hansı bir mağazadan ət və sair əldə edən zaman, o heyvana nə vaxt və hansı vaksinin vurulmasını, hansı xəstəliklər keçirməsini heyvanın üstündəki barkodlarla görə biləcək", - deyə M. Əliyev qeyd edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan