Polis Şöbəsinin rəis müavini işdən azad edildi

Qazax Rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini işdən azad edilib.

İndex.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Qazax RPŞ-nin əməliyyat üzrə rəis müavini, polis polkovnik-leytenantı Tahir Orucov xidmətdə buraxdığı nöqsanlara görə, tutduğu vəzifədən azad olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidməti faktı təsdiqləyib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan