“Telegram”ın təsisçisi: “Smartfonlar izləmə cihazıdır”

Bəşəriyyət ildən-ilə azadlığını itirir.

İndex.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu "Telegram" mesencerinin təsisçisi Pavel Durov bəyan edib.

Onun fikrinə görə, belə vəziyyətə görə günah cəmiyyətin rəqəmsallaşmasındadır:

"20 il öncə mərkəzsizləşdirilmiş internet və nisbətən sərbəst bank sistemi var idi. İndi isə "Google" və "Apple" kimi şirkətlər məlumatları və tətbiqləri senzuradan keçirir, "Viza" və "Mastercard" isə ödəniş edə biləcəyimiz əmtəə və xidmətləri məhdudlaşdırır".

Qeyd edək ki, Durov smartfonları "izləmə cihazı" adlandırıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan