Tikinti şirkətinin növbəti fırıldağı - DİQQƏTLİ OLUN!

İnşaat şirkətlərindən birinə ilkin olaraq 3000 manat, sonra isə hissə-hissə daha 2500 manat ödəniş etmiş şəxs sifariş etdiyi ev gec tikildiyinə görə pulunu geri istəyir. Şirkət isə müştəridən aldığı pulun 5100 manatını gerı qaytaracağını rəsmi bildirişlə öhdəliyinə götürüb və 3000 manatı da qaytarıb. Qalan 2100 manatın taleyi isə gənc bir ailə ilə tikinti şirkətini üz-üzə qoyub. 

Paytaxt sakini Rəvan Nimanzadə "Günəşli İnşaat" şirkətinə Hövsanda fərdi ev tikmək üçün 3 min manat ödəniş edib. Daha sonra hər ay 500 manat olmaqla ümumilkdə 5500 manat pul ödədikdən sonra ev tikintisinin çox ləng getməsindən narazı qalaraq pulu geri istəyib. 

İndi isə həm evsiz, həm də pulsuz qalan Rəvan Nimanzadə tez-tez şirkətə getdiyini, ancaq hər dəfə bağlı qapılar arxasında qaldığını deyir. 

Müəyyən instansiyalara müraciət etdikdən sonra 3 min manatını geri ala bildiyini deyən şikayətçi deyir ki, şirkət ona hər ayın 20-si 600 manat qaytaracağı ilə bağlı bildirişə imza ataraq, öhdəlik götürüb. Evini tikdirərkən üzləşdiyi gecikmə ilə indi də pulunu geri alarkən qarşı-qarşıya qalıb.

2100 manatının heç bir halda geri qaytarılmadığını deyən şikayətçidən fərqli olaraq şirkətin rəhbəri Firutan Məmmədov isə iddia edir ki, evdən əsassız şəkildə imtina edən Rəvan Nimanzadəyə güzəşt edilib və onun pulunun bir hissəsi geri qaytarılıb, digər hissəsi isə ... 

Ekspertlər isə deyirlər ki, belə mübahisəli məqamlarda yeganə çıxış yolu məhkəməyə müraciət etməkdir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan