Suraxanıda 3 aydır ki, kanalizasiya suyu küçəyə axır

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Samir Cəfərov küçəsinə kanalizasiya suyu axır. Ərazini üfunət bürüyüb. Küçəyə axıdılan kanalizasiya suyu həm də xəstəlik mənbəyidir.

İndex.az xezerxeber.az-a istinadən bildirir ki, sakinlər deyirlər ki, problemin həlli üçün dəfələrlə müraciət ediblər, amma problem həllini tapmır.

Onlar qeyd edirlər ki, uşaqlar bunun çirkab su olduğunu bilmirlər. Odur ki sakinlər bu hala görə daha da narahatdırlar.

Məsələ ilə bağlı "Azərsu" Açıq Səhmdar Cəmiyyətindən bildirdilər ki, qəza briqadası tərəfindən əraziyə baxış keçirilib. Kanalizasiya suyunun daşmasının səbəbi boruda olan tutulmadır. Borunun  açılması üçün lazımi işlər görülüb. Artıq xətt açıldığından problem həll edilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan