Pirallahı Sənaye Parkının rezidentinin direktoru dəyişdirildi

Pirallahı Sənaye Parkının rezidenti - “Absheron Saffron Ltd” MMC-nin direktoru vəzifəsinə təyinat olub.

İndex.az xəbər verir ki, bu vəzifə Fikrəd Cəfərova həvalə edilib.

Qeyd edək ki, bu ilin aprelin 12-də şirkətin direktoru vəzifəsinə Rahib Kəlbiyev gətirilmişdi.

Xatırladaq ki, “Absheron Saffron Ltd” 2016-cı ildə yaradılıb, 2019-cu ildə ona rezidentlik statusu verilib. Müəssisə Pirallahıda İtaliya və Türkiyə texnologiyaları ilə zəfərandan mürəbbə, limonad, qurudulmuş zəfəran istehsal edir. Şirkətin nizamnamə kapitalı 180 min 400 manat təşkil edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan