Könüllü tibbi sığorta bazarı 2%-dək kiçilib

2021-ci ilin yanvar-iyul ayları ərzində Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən könüllü tibbi sığorta üzrə 72,908 mln. manat sığorta haqqı toplanıb.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, tibbi sığorta üzrə yığımlar ötən ilin eyni dövrünə nisbətən 1,8% azalıb.

Eyni zamanda, şirkətlər tərəfindən hesabat dövründə 37,807 mln. manat həcmində ödəniş həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,8% azdır.

Qeyd edək ki, ümumi könüllü sığorta növləri üzrə yanvar-iyul aylarında yığımlar 364,792 mln. manat, ödənişlər isə 228,184 mln. manat təşkil edib. Bu 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12,1% və 21,4% çoxdur.

Xatırladaq ki, 2021-ci Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 528,258 mln. manat məbləğində sığorta haqqı toplanılıb və 301,179 mln. manat ödəniş olunub. Bu, illik müqayisədə müvafiq olaraq 11,8% və 32,6% çoxdur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan