50 nəfərlik toylarda da COVID pasportu tələb olunacaq - QƏRAR

Toyların COVİD pasportu olmadan 50 nəfər iştirakçı ilə keçirilməsi qadağan olunub.

İndex.az xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara etdiyi dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, 150 nəfərə qədər şəxsin iştirakı ilə təşkil olunan şənlik mərasimlərində iştirak edən yaşı 18-dən yuxarı bütün qonaqların COVID-19-a qarşı tam peyvənd olmaları və ya COVID-19-dan sağalaraq immunitetə malik olmaları barədə təsdiqedici sənədi olmalıdır. Bundan öncə COVİD pasportu olmadan 50 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilirdi.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan