Türkiyə bu il 5,5 milyard dollarlıq avtomobil ixrac edib

Türkiyə bu ilin yeddi ayında 5,5 milyard ABŞ dolları dəyərində minik avtomobil ixrac edib.

İndex.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə məlumatı Uludağ Avtomobil Sənayesi İxracatçıları Birliyi yayıb.

Bildirilib ki, bu ilin yanvar-iyul aylarında Türkiyə 100 ölkəyə minik avtomobili göndərib.

Məlumata görə, ötən ilin yanvar-iyul ayları ərzində Türkiyə 5 milyard 103 milyon 420 min ABŞ dolları dəyərində avtomobil ixrac edib, lakin bu il bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% artaraq 5,5 milyard 514 milyon 97 min ABŞ dolları dəyərində olub.

Türkiyənin minik avtomobil ixracında Fransa bazarı əsas yer tutur. Belə ki, Fransaya 1 milyard ABŞ dollarına yaxın dəyərində minik avtomobili ixrac edilib. Bu ölkəyə yanvar-iyul aylarında minik avtomobillərin ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 18,5% artaraq 983 milyon 608 min ABŞ dolları dəyərində olub. Türkiyənin Fransadan sonra minik avtomobili ixracını həyata keçirdiyi ikinci böyük bazarı isə İtaliyadır. İtaliyaya ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 24,4% artaraq 540 milyon 95 min ABŞ dollarına çatıb.

Türkiyənin minik avtomobil ixracında növbəti yerdə isə Almaniya dayanır. Almaniyaya ixrac isə ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il 0,17% azalaraq 510 milyon 869 min ABŞ dolları dəyərində olub.

Bununla yanaşı, Türkiyə Böyük Britaniyaya, Polşaya, Misirə, Belçikaya, ABŞ-a minik avtomobili ixrac edib.

Türkiyənin minik avtomobil ixracında 10 ölkədən 7-si Avropa İtiifaqına üzv olan ölkələr təşkil edir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan