"AQUA ART" şirkəti şəhidin "qan pulu"nu mənimsəyib

Şəhid anasına verilən "qan pulu" "AQUA ART" MMC tikinti şirkəti tərəfindən mənimsənilib.

İndex.az xəbər verir ki, şikayətçi olan şəhidin qardaşı Şahverdiyev Əziz Unikal.org-a açıqlamasında bildirib ki, adıçəkilən şirkətin rəhbəri Sərkərli Rəşad Sərdar oğlu, Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Şahverdiyev Böyükağanın anası Mehrəliyeva Şahnazdan aldığı 13 min 500 manat pulu qaytarmayıb.

Onlar pulu "AQUA ART" MMC-nin rəhbəri S.Rəşada ev tikmək məqsədi ilə veriblər: "Əvvəl məsələ Nəsimi rayon 22-ci polis bölməsində idi. Onlar çalışdı ki, ödənilən vəsaiti bizə geri qaytarsınlar. Həmin MMC-nin rəhbərini də anası ilə birgə bölməyə çağırdılar. Anası pulun qaytarılmasına görə oğluna zamin durdu. Onlar da iltizam yazıb bildirdi ki, ödənilən məbləğ qısa vaxt ərzində geri qaytarılacaq. Polis yazılı iltizam alıb onları buraxandan sonra nə bizim, nə də polisin zənglərinə cavab verildi. İndi də harada olduqları bilinmir".

Ş.Əziz bildirdi ki, ailələrinə qarşı dələduzluğu məlum şirkətin rəhbəri ilə onun qardaşı Nazim Sərkərli törədib. Belə ki, onların şəhid ailəsinə verəcəkləri ev başqa şəxslərə məxsusdur.

Bildirilib ki, hazırda dələduzluqla bağlı matreallar İstintaqa verilib.

Şəhidin anası M.Şahnaz isə bu hadisədən sonra infrakt keçirib, vəziyyəti yaxşı deyil.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan