“Azersun Holding”in fabriki cərimələndi

“Azersun Holding” MMC-nin yağ fabriki barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

İndex.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Baki Qida və Yağ Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 19 avqust 2021-ci il tarixdə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddasinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

“Bakı Qida və Yağ Fabriki” MMC “Azersun”un qida yağı istehsal edən fabrikidir. Fabrik 1996-cı ildən “Teksun”, “Final”, “Super Sun”, “Paşa”, “Aysun”, “Gülüm”, “Blendo” markalı qida yağları istehsal edir. Şirkətin nizamnamə kapitalı 8 440 723 manatdır.




©Banker

Bizi Facebook-da izləyin: INdexAzerbaijan