Ölkədə metro işçilərinin maaşı azalıb

2020-ci ildə nəqliyyat sektorunda işləyənlərin orta aylıq nominal əmək haqqı illik müqayisədə 3.5% artaraq 885.8 manat olub.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2020-ci ilin yekunlarına əsasən hava nəqliyyatı işçilərinin nominal əmək haqqı 1 182.8 manat, dəniz nəqliyyatında işləyənlərin əmək haqqı 1 572.9 manat, metro işçilərinin əmək haqqı 812.1 manat, avtomobil nəqliyyatında işləyənlərin əmək haqqı 726.7 manat, dəmir yolu nəqliyyatında işləyənlərin əmək haqqı 536 manat təşkil edib.

Bununla yanaşı, 2020-ci ildə metro işçilərinin əmək haqqı 3%, dəniz nəqliyyatı işçilərinin əmək haqqı 1.4% azalıb, avtomobil nəqliyyatı işçilərinin isə əmək haqqısı 2% artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan