Bu il əhalinin nağd rubl satışı alışı 8 dəfə üstələyib

2021-ci ilin yanvar-iyul aylarında əhali kommersiya banklarından 1,172 mlrd. nağd Rusiya rublu alıb ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35,3% azdır.

İndex.az Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilərə istinadən xəbər verir ki, təkcə iyul ayında əhali 182,588 mln. rubl alıb ki, bu da iyun ayı ilə müqayisədə 6,9% çoxdur.

Bundan başqa, cari ilin ilk yeddi ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 9,371 mlrd. rubl təşkil edib ki, bu da illik müqayisədə 23,9% çoxdur. Təkcə iyul ayında bu göstərici 1,752 mlrd. rubla bərabər olub ki, bu da aylıq müqayisədə 4,8% çoxdur.

Nəticədə 2021-ci ilin yanvar-iyul aylarında əhalinin nağd rubl satışı alışı 8 dəfə üstələyib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan