Türkiyənin 4-cü ən böyük aeroportu satışa çıxarıldı

2019 -cu ildə pandemiyadan əvvəl 1.3 milyon sərnişin zəmanətinin yalnız 6 faizini yerinə yetirə bilən Zafer Hava Limanının satışa çıxarıldığı bildirilir.

İndex.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, hava limanının inşasını dövlət-özəl işbirliyi ilə üzərinə götürən inşaat şirkətinin idarə heyətinin üzvü Abdullah Keleş bildirib ki, “hava limanına qoyduğumuz sərmayəni bizə ödəyə biləcək istənilən tərəfə verməyə hazırıq.

Qeyd edək ki, pandemiyadan əvvəlki son ildə hava limanı illik 1.3 milyon sərnişin hədəfinin yalnız 6 faizini həyata keçirə bilib. 2021 -ci ildə isə hava limanı ilə daşınan sərnişinlər 7 mini keçməyib. İnşaat şirkətindən bildirilib ki, Dövlət, inşaat şirkətinə 1,3 milyondan çox sərnişin üzərindən zəmanət ödənişlərini vermək məcburiyyətindədir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan