“Facebook”, “WhatsApp” və “Twitter” cərimələndi

Rusiya məhkəməsi “Facebook”, “WhatsApp” və “Twitter”i cərimələyib.

İndex.az “Roskomnadzor” saytına istinadən xəbər verir ki, Taqanskiy Rayon Məhkəməsi Rusiyadan olan istifadəçilərin məlumatlarını lokalizasiya etməkdən təkrar imtina etdiyi üçün ayrı-ayrı icraatda “Facebook”u 15 milyon rubl, “WhatsApp”ı 4 milyon rubl, “Twitter”i isə 17 milyon rubl məbləğində cərimələyib.

Hər üç sosial şəbəkə Rusiya vətəndaşlarının məlumatlarının lokalizasiyası ilə bağlı tələbi təkrar pozduğuna görə məhkəmə tərəfindən cərimələniblər.




©APA

Bizi Facebook-da izləyin: INdexAzerbaijan