Niyə TIR-lar ölkəmizdən yan keçir? - SƏBƏB

Orta Asiya Türkiyənin mühüm ixrac bazarlarından biri mövqeyindədir. Türkiyədən Özbəkistana, Qırğızıstana, Tacikistana və Qazaxıstana illik 40 minə yaxın ixrac səfəri edilir. Bu daşımaların yarıdan çoxu da Türkiyənin ticarət əlaqələrin gedərək inkişaf etdiyi Özbəkistana edilir.

İndex.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pandemiyadan əvvəl Türkiyə nəqliyyatçıları Orta Asiya səfərlərinin 90%-ni İran üzərindən Türkmənistana, oradan da digər ölkələrə keçərək edirdilər. Ancaq pandemiya səbəbilə Türkmənistan bütün dünyaya tranzit keçidi bağlayıb. Buna görə Türkiyə nəqliyyatçıları üçün Orta Asiyaya getmək üçün yalnız iki variantı qalıb. Alternativ ən qısa yol Gürcüstan-Azərbaycan istiqamətidir. Ancaq Azərbaycan, yük avtomobili başına 500 dollardan çox əlavə ödəniş aldığı üçün nəqliyyatçılar Gürcüstan-Rusiya-Qazaxıstan üzərindən Orta Asiyaya keçməyi seçir.

Məlumata görə, Azərbaycanın Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi iyun sonunda İstanbulda keçirilmiş yığıncaqda Türkiyə nəqliyyatçılarından alınan əlavə ödənişlərin bir çoxunun ləğv ediləcəyinin müjdəsini verib. Ancaq bunun üçün qanuna dəyişiklik edilməlidir. Azərbaycanın Milli Məclisi tətildə olduğu üçün Oktyabr ayından əvvəl bu mövzuda bir həll gözlənilmir.

Türkiyə nəqliyyatçılarının digər bir problemi Azərbaycanın və Qazaxıstanın tranzid keçid sənədi (icazə) sayını artırmamasıdır. Türkiyə 3 milyard dollarlıq ixracını bu səbəbdən həyata keçirə bilmir.




©Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan