Ölkədə ev təsərrüfatlarının kreditləşməsi 11% artıb

2021-ci ilin avqustun 1-nə Azərbaycanda ev təsərrüfatlarının götürdüyü kreditlərin həcmi 7,463 mlrd. manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, cari ilin əvvəli ilə müqayisədə bankların ev təsərrüfatları üzrə kredit portfeli 11,2% artıb. Sözügedən sektorun kreditləşməsi ötən ilin eyni vaxtı ilə müqayisədə 13,8%, aylıq müqayisədə isə 1,9% artıb.

Qeyd edək ki, avqustun 1-nə ev təsərrüfatları üzrə kredit qoyuluşları ölkə üzrə kredit qoyuluşunun 48,6%-ni təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan