“Niva” avtomobillərinin qiyməti qalxacaq

Rusiyanın “AvtoVAZ” şirkəti bu ilin sentyabr ayının 1-dən bütün model xəttinin qiymətlərini artıracaq.

İndex.az xəbər verir ki, “Lada Granta” 3,4%, “Lada Vesta” 3,3%, “Lada XRAY” 4,2%, “Lada Largus” 2,5%, “Niva Travel” 3% və “Niva Legend” 2,7% bahalaşacaq.

Xatırladaq ki, 2021-ci ildə avtomobil istehsalçısı artıq 5-ci dəfədir ki, qiymətləri artırır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan