Bu gün banklar 74 milyon dollar aldı – HƏRRAC

Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

İndex.az AMB-yə istinadən xəbər verir ki, hərracda tələb 74,1 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib.

Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (24 avqust 2021-ci il tarixində keçirilib - red.) müqayisədə dəyişməyib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan