Krasnoyarskdan Bakıya birbaşa aviareys açılacaq

Bu ilin noyabr ayından etibarən Krasnoyarskdan Bakıya birbaşa uçuşlar həyata keçiriləcək. Uçuş müddəti 5 saat 30 dəqiqə təşkil edəcək.

İndex.az “TRK7”-ə istinadən xəbər verir ki, Krasnoyarsk hava daşıyıcısı payız cədvəlində Krasnoyarskdakı hava limanından dörd yeni istiqamət elan edib.

Uçuşlar yaxın xaricə - Bakıya (Azərbaycan) və Fərqanəyə (Özbəkistan), eləcə də Tümen və Novosibirskə həyata keçiriləcək.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan