Xəstəxananın baş direktoru barəsində cinayət işi açıldı

“Hacıqabul Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin baş direktoru barəsində cinayət işi başlanıb.

İndex.az xəbər verir ki, xəstəxananın baş direktoru Qarayev Beydulla Ərəstun oğlu barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Külli miqdarda mənimsəmə və israfetmə) maddəs ilə cinayət işi başlanıb. Cinayət işinin istintaqı tamamlanaraq iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş üzrə məhkəmənin hazırlıq iclası sentyabrın 6-da hakim Aqil Musayevin sədrliyi ilə keçiriləcək.

Xatırladaq ki, baş direktorun işində zərərçəkmiş kimi Fərhadov Feyruz Fərhad oğlu tanınıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan