Koronavirusla mübarizədə iştirak edənlərə mükafat ödənildi – MƏBLƏĞ

2021-ci ilin may və iyun ayları ərzində yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 13,3 milyon manat, qeyri-tibb işçilərinə isə 1,4 milyon manat müddətli əlavə ödənilib.

İndex.az xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.

Belə ki, Yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə cari ilin may ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 2 791,59 manat məbləğində müddətli əlavə ödənilib.

Könüllülərə adambaşına aylıq 250 manat olmaq şərtilə may və iyun ayları üzrə 10 000 manat məbləğində mükafat ödənilib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan