Bu ölkə "Facebook" və "Netflix"i cərimələdi

Cənubi Koreya hökuməti ABŞ-ın “Facebook” və “Netflix” şirkətlərini məxfilik qaydalarını pozduqlarına görə cərimələyib.

İndex.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Koreya Respublikasının Şəxsi Məlumatların Qorunması Komissiyası xəbər yayıb. Verilən məlumata görə, “Facebook”, istifadəçilərin icazəsi olmadan 2018-ci ilin aprelindən 2019 -cu ilin sentyabrınadək 200 min biometrik şablon hazırlayaraq yaddaşda saxlayıb. Bu səbəbdən şirkətə 5.5 milyon dollar (9.3 milyon AZN) həcmində pul cəzası kəsilib. Eyni zamanda şirkət Cənubi Koreya vətəndaşlarının şəxsiyyət nömrələrini qanunsuz olaraq toplamaqda günahlandırılır. Digər tərəfdən “Netflix” şirkətinə 5 milyon vətəndaşın qanunsuz olaraq şəxsi məlumatını topladığı və xaricə ötürdüyünə görə 188,5 min dollar (320 min AZN) pul cəzası kəsilib.

Qeyd edək ki, 2020-ci ilin noyabr ayında “Facebook” məxfilik qaydalarını pozduğuna görə 6 milyon dollar (10 milyon AZN) miqdarında cərimələnmişdi.​​




©Yeniavaz

Bizi Facebook-da izləyin: INdexAzerbaijan