"Şahdağ Turizm Mərkəzi"nin rəhbəri dəyişdi

Dövlət Turizm Agentliyi yanında “Şahdağ Turizm Mərkəzi” QSC-nin İdarə Heyətinə yeni sədr müavini təyin edilib.

İndex.az xəbər verir ki, o, Kamran Kazımovdur.

K.Kazımov, həmçinin İdarə Heyəti sədrinin səlahiyyətlərini də icra edir.

O, 2009-cu ildən “Şahdağ Turizm Mərkəzi”nə təyinatınadək ölkədə fəaliyyət göstərən bır sıra hotellərdə müxtəlif vəzifələrdə çalışıb.

Qeyd edək ki, QSC-nin İdarə Heyətinin sədr müavini vəzifəsini 2021-ci ilin aprelindən Mingəçevir Turizm Kollecinin sabiq direktoru Səid Salayev icra edirdi. S.Salayev 2018-ci ilin sonunda sədr vəzifəsinə təyin olunmuş Almaniya vətəndaşı Rodderix Mark Leffleri əvəz edib.

Xatırladaq ki, "Şahdağ Turizm Mərkəzi" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 546,776 milyon manatdır. Şahdağ milli parkının yaxınlığında salınmış kompleks Azərbaycanda ilk və ən böyük dağ-xizək kurortudur.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan