Ölkədə nağdsız ödənişlər 61% artıb

2021-ci ilin yanvar-iyul aylarında Azərbaycanda debet və kredit kartları vasitəsilə 5,194 mlrd. manat həcmində nağdsız ödənişlər həyata keçirilib.

İndex.az Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatları əsasında apardığı hesablamalarına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 61,1% artıb.

Sözügedən nağdsız ödənişlərin 316 mln. manatı ATM-lər, 2,105 mlrd. manatı POS-terminallar, 2,773 mlrd. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

İyul ayında isə 881 mln. manatlıq nağdsız ödənişlər həyata keçirilib, bu isə iyun ilə müqayisədə 6,9% çoxdur. İyul ayında nağdsız ödənişlərin 59 mln. manatı ATM-lər, 341 mln. manatı POS-terminallar, 481 mln. manatı isə elektron ticarət vasitəsilə həyata keçirilib.

Qeyd edək ki, iyulda ATM-lər vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmində yeni rekord qeydə alınıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan