Banklara xarici valyuta ilə depozit qoyuluşu 10% artıb

Bu il avqustun 1-nə Azərbaycan banklarına xarici valyuta ilə depozit qoyuluşu 9 milyard 666,4 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 9,7% çoxdur.

Banklara xarici valyuta ilə depozit qoyuluşu ilin əvvəlinə nisbətən 8,8%, ötən il avqustun 1-i ilə müqayisədə isə 10% artıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan