Manatın dövretmə sürəti azalıb

Bu il avqustun 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,71 bənd təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, iyulun 1-i ilə müqayisədə 0,01 bənd az, yanvarın 1-nə nisbətən 0,19 bənd çox, ötən il avqustun 1-i ilə müqayisədə isə 0,12 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan