Bank sektorunun aktivləri 10% artıb

Bu il avqustun 1-nə Azərbaycanın bank sektorunun aktivləri 33 668,1 milyon manat təşkil edib.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən il avqustun 1-i ilə müqayisədə 10,4% çoxdur.

Bankların aktivlərinin 13 757,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 6,6 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 42,3%-dən 40,9%-ə düşüb.

Hesabat dövründə bank sektorunun öhdəlikləri 11,8 % artaraq 28 899,7 milyon manata, o cümlədən depozit portfeli 18% artaraq 22 849,3 milyon manata çatıb. Bunun 8 439,5 milyon manatı fiziki, 14 409,8 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 10 %, şirkətlərin banklardakı vəsaitləri isə 23,2% artıb.

Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 2,9% azalaraq 371 milyon manat olub.

Sektorun balans kapitalı isə 2,4% artaraq 4 768,4 milyon manat təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan