Ölkədə dizel istehlakı 33% artıb

Bu ilin birinci yarısında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində əhali tərəfindən 350,073 mln. manat manat məbləğində dizel yanacağı istehlak edilib.

İndex.az xəbər verir ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 33,1% çoxdur.

Təkcə 2021-ci ilin II rübündə 193,116 mln. manatlıq dizel istehlakçılar tərəfindən alınıb ki, bu da illik müqayisədə 59,2% çoxdur.

Xatırladaq ki, 2021-ci ilin birinci yarısında Azərbaycanda 1,231 mln. ton dizel istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur.



©APA

Bizi Facebook-da izləyin: INdexAzerbaijan