Avropada qazın qiyməti bir gündə təxminən 10% artıb

Çərşənbə axşamı ticarət zamanı Avropada qazın qiyməti təxminən 10% artaraq yenidən 1000 kubmetr üçün 550 dollara yüksəlib.

İndex.az xəbər verir ki, bunu ICE məlumatları sübut edir.

Sentyabr fyuçers müqaviləsinin dəyəri 9,6% artaraq min kubmetr üçün təxminən 550 dollara çatıb. Keçən həftə Avropada qazın qiyməti 1000 kubmetr üçün 580 dollara çatmış və daha sonra "Qazprom" un əlavə qaz tədarükünə başlayacağı iddia edilən yalan məlumatlar fonunda bir neçə gün ərzində təxminən 100 dollar ucuzlaşmışdı.




©Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan