İKZF bu ilin I yarısını 8 milyon manat mənfəətlə başa vurub

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) bu ilin I yarısını 8,441 milyon manat mənfəətlə başa vurub.

İndex.az xəbər verir ki, İKZF-nın gəlirləri 27,858 milyon manat, xərcləri isə 19,417 milyon manat olub.

Bu il iyulun 1-nə İKZF aktivləri 1 891,018 milyon manat olub ki, bu da, illik müqayisədə 6,2% çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 6,9% artaraq 1 027,015 milyon manata, balans kapitalı 5,4% artaraq 864,003 milyon manata, nizamnamə kapitalı isə 19,7% artaraq 762,5 milyon manata çatıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan