Əhali avtomobil alışına 231 milyon manat xərcləyib

2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən 230,740 mln. manat dəyərində avtomobil alınıb.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 22,3% çoxdur.

Təkcə cari ilin II rübündə əhali avtomobillərin alışına 129,139 mln. manat xərcləyib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 31,1% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycana 397,588 mln. ABŞ dolları (675,890 mln. manat) dəyərində 39 643 vahid avtomobil idxal olunub ki, bu da illik müqayisədə miqdar baxımından 69,3% çoxdur.

Bundan əlavə, cari ilin ilk yarısında Azərbaycanda 795 minik avtomobili istehsal olunub ki, bu da illik müqayisədə 9% və ya 78 vahid azdır.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan