Maliyyə Nazirliyi 15 milyon manat borc aldı

Bu gün Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0110001929 ISIN-li, 10 milyon manat həcmində, 2548 gün tədavül müddətli dövlət uzunmüddətli istiqrazlarının (DUİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

İndex.az xəbər verir ki, Birjanın yaydığı məlumata görə, hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 82.4417 AZN (12.3149%) və 101.5740 AZN (8.2%) olan 24 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.1561 AZN (8.4699%), orta ölçülmüş qiyməti 100.4569 (8.4123%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 54 milyon 501 min 500 manat yerləşdirilmiş həcmi isə 15 milyon manat təşkil edilmişdir.,

İstiqrazların ödəmə tarixi 15 avqust 2028-ci ildir.

Hərrac iştirakçıları 25 avqust 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd edək ki, hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.




©Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan