Cənubi Afrikada işsizlik dünyanın ən yüksək səviyyəsinə çatdı

Cənub Afrika Statistik Komitəsinin məlumatlarına görə, ilin ilk rübündə ölkədə 32.6% olan işsizlik nisbəti ikinci rübdə 34.4%-ə yüksəlib.

İndex.az xəbər verir ki, bu nisbət, Bloomberg-in izlədiyi 82 ölkə arasında görülən ən yüksək nisbətdir.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların proqnozu 33.2% idi.

Hökumətin virusda üçüncü dalğa səbəbilə karantinləri yenidən tətbiq etməsilə üçüncü rübdə işsizlik nisbətinin daha da yüksələ biləcəyi və keçən il 7% geriləmiş iqtisadiyyatı canlandırma səylərinin iflasa uğraya biləcəyi qeyd edilir.

İşsizlik nisbətindəki artım, hökumətə təşviqləri uzatmaq mövzusunda təzyiq edir. Afrikanın sənayesi ən inkişaf etmiş ölkəsi olan Cənub Afrikada ən az iyirmi ildir işsizlik nisbəti 20%-in üzərindədir.




©Marja

Bizi Facebook-da izləyin: INdexAzerbaijan