“Azərpoçt”un nizamnamə kapitalı cüzi artırılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin nizamnamə kapitalı 13 219 manat və yaxud 0,02% artırılıb.

İndex.az xəbər verir ki, şirkətin kapitalı 73 344 500 manatdan 73 357 719 manata çatdırılıb.

Kapital artımı nazirliyə məxsus “Azərmarka” MMC-nin ləğv olunaraq “Azərpoçt”a birləşdirilməsi ilə bağlıdır.

Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən eyni adlı dövlət müəssisəsinin bazasında yaradılıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan