Əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2,4 milyard manatı ötüb

Bu ilin yanvar-iyul aylarında Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,3% artaraq 2 milyard 426 milyon manat olub.

İndex.az xəbər verir ki, bu barədə Bakı Şəhər Statistika İdarəsi məlumat yayıb.

Bildirilir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 2 milyard 035 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 83,9%-ni təşkil edib.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan