Səudiyyə Ərəbistanı “Pagani”nin səhmlərini alıb

Səudiyyə Ərəbistanının suveren fondu İtaliyanın superkar istehsalçısının səhmlərini əldə edib.

İndex.az Motor.ru-ya istinadən bildirir ki, artıq ərəblər “Pagani” səhmlərinin 30%-nə sahibdirlər.

Buna baxmayaraq, avtoistehsalçı şirkət üzərində nəzarətini saxlayacaq, səhm satşından qazanılan gəlir isə texnologiyaların inkişafına, eləcə də yeni “Pagani Arte” həyat tərzi istiqamətinin formalaşdırılmasına yönəldiləcək.

Qeyd edək ki, 1971-cil ildə yaradılmış Səudiyyə Ərəbistanı suveren fondunun aktivləri 430 milyard dollar həcmindədir.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan