Ölkədəki 20 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 6-nın bu ilin I yarısındakı qeyri-faiz xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

Index.az xəbər verir ki, bunlar “Azər-Türk Bank”, “Bank Respublika”, “Bank BTb” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma “AFB Bank”da (17,8%), ən az azalma isə “Azər-Türk Bank”da (0,6%) qeydə alınıb.

Qalan 20 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika “Rabitəbank” ASC-də (49,9%), ən aşağı dinamika isə “Premium Bank” ASC-də (0,9%) qeydə alınıb.

5 bankın qeyri-faiz xərcləri 30 milyon manatdan çoxdur

Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 5-nin bu ilin I yarısındakı qeyri-faiz xərcləri 20 milyon manatdan çox olub.

Bunlar “Kapital Bank” (151 milyon 719 min manat), “Azərbaycan Beynəlxalq Bankı” (98 milyon 693 min manat), “PAŞA Bank” (75 milyon 807 min manat), “Unibank” (42 milyon 836 min manat) və “Bank Respublika” (30 milyon 521 min manat) ASC-lərdir.

Qalan 21 bankdan 11-də qeyri-faiz xərcləri 10-30 milyon manat arasında, 8 bankda faiz xərcləri 1-10 milyon manat arasında, 2 bankda isə 1 milyon manatdan azdır.





Renkinq

Bizi Facebook-da izləyin: INdexAzerbaijan