Dünyanın ən təhlükəsiz şəhərləri hansılardır?

“The Economist” nəşri dünya şəhərlərinin təhlükəsizlik indeksini açıqlayıb.

İndex.az xəbər verir ki, builki siyahıya Danimarka paytaxtı Kopenhagen başçılıq edir. İlk üçlüyü Toronto (Kanada) və Sinqapur (Sinqapur) tamamlayır.

Həmçinin, Sidney (Avstraliya), Tokio (Yaponiya), Amsterdam (Niderland), Vellinqton (Yeni Zelandiya), Honq-Konq (Çin), Melburn (Avstraliya) və Stoklolm (İsveç) da dünyanın ən təhlükəsiz şəhərləri sırasındadır.

Reytinqin ən aşağı pillələrində isə Qahirə (Misir), Karakas (Venesuela) və Kəraçi (Pakistan) kimi şəhərlər qərarlaşıb.

Bizi Facebook-da izləyin: INdexAzerbaijan